Haqqımızda
“GİB” MMC 05.02.2005-ci il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan Lisenziyaya əsasən Azərbaycan Respublikası ərazisində özəl tibbi fəaliyyətlə məşğuldur. Bu illər ərzində bir çox iri şirkət, təşkilat və müəssisələrlə əməkdaşlıq qurmuşuq. Bu əməkdaşlıqlar nəticəsində şirkətimiz böyük təcrübəyə yiyələnmişdir. Fəaliyyət göstərdiyimiz sahələr əsasən neft şirkətləri, otellər, biznes plazalar, iri zavod və fabriklər, tədris mərkəzləri, ev və bağlar, ticarət obyektləri, ictimai iaşə obyektləri, kafe və restoranlar, anbarlar və s. əhatə edir. Şirkətimizin hal hazırda Qazaxıstanda “kazprofservice” və Gürcüstanda “green park georgia” filialları da fəaliyyət göstərməkdədir. Həmçinin şirkətimizin Şamaxıda, Qəbələdə, Siyəzəndə və Lənkəranda maddi-texniki bazası mövcuddur.


Xidmətlərimiz

Dezinfeksiya

Dezinseksiya

Deratizasiya

Sahibsiz heyvanlar və sürünənlərə nəzarət
Fəaliyyət göstərdiyimiz həmin özəl tibbi fəaliyyətin növ tərkibi aşağıdakılardır:
- Dezinfeksiya (virus, bakterya, mikrob, göbələk və s. məhvi)
- Dezinseksiya (uçan və yeriyən həşəratlarla mübarizə)
- Deratizasiya (gəmiricilərlə mübarizə)
- Sahibsiz heyvanlar və sürünənlərə nəzarət
İnsan və ətraf mühitin sağlamlığı zəmanəmizin ən aktual problemidir. Həşərat, gəmirici, virus və bakteriyaların insan və ətraf mühitin sağlamlığına təsiri olduqca böyükdür. Əsrlər boyu milyonlarla insanın ölümünə səbəb olan taun, tulyaremiya, malyariya kimi xəstəliklərin epidemiyalarına səbəb məhz həşərat və gəmiricilər olmuşlar. Həşərat və gəmiricilər həmçinin kənd təsərrüfatına, qida məhsullarına, ev və binalara, antikvar və muzey əşyalarına da böyük zərər vururlar. Bütün bunları nəzərə alaraq “GİB” MMC ictimai sağlamlığın qorunması sahəsində öz peşəkar xidmətlərini təqdim edir. Peşəkar həkim-epidemioloq, entemoloq, hipertoloq və texniki qrupun çalışdığı “GİB” MMC müasir metodika və materiallar vasitəsi ilə tədbirləri aşağıdakı ardıcıllıqla həyata keçirir:


- Obyektin sanitar-epidemioloji müayinəsi.
- Sağlam və təhlükəsiz iş yeri yaratmaq.
- Obyektdəki əşyalara zərər verməyərək işi icra etmək.
- Həyata keçirilən tədbirlər haqqında tam hesabat.
- Həyata keçirilən tədbirlərə tam zəmanət.
- Ən son nailiyyətlər haqqında əməkdaşların daim məlumatlandırılması.
Qalereya
Əlaqə məlumatları:
Telefon:
(+994 50) 241-31-73
Whatsapp:
(+994 50) 326-21-94
İş saatı:
7/24
Ünvan:
Bakı şəhəri, Qarabağ küç. 22.
Alliance Business Centre
Email: